Yuxarı

Protokolu pozub yenə söz aldım və dedim ki... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qəti şəkildə tarixin yenidən yazılması, Böyük Vətən müharibəsiylə bağlı həqiqətlərin təhrif olunmasını, faşizmin və faşist cinayətlərinin qəhrəmanlaşdırılması cəhdlərini qınayırıq.

Axar.az xəbər verir ki, bunu TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident Azərbaycanın bir çox forumlarda bu mövzuyla bağlı mövqeyini ortaya qoyduğunu bildirib:

“Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyi tam olaraq bölüşür. Əlbəttə, bizim üçün bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi tamamilə qəbuledilməzdir. Bir müddət əvvəl elə güman olunurdu ki, sübut edilməsi tələb edilməyən dəyişməz həqiqətlər var. Böyük Vətən müharibəsi tarixi bunlardan biri idi. Təəssüf ki, biz tarixin təhrif olunması, II Dünya müharibəsindəki qələbədə Sovet İttifaqının rolunun azaldılması və faşizmin qəhrəmanlaşdırılmasıyla bağlı müəyyən dairələrin koordinasiya edilmiş səylərini görürük. Bu tendensiya dayandırılmalıdır. Yalnız birgə səylərlə biz bunu edə bilərik”.

Prezident bəzi ölkələrdə II Dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktının hörmətsizlik və iyrənclik hissi yaratdığını deyib. O, keçmiş SSRİ məkanında xüsusilə belə şeylərin görünməsinin xoş olmadığını bildirib.

Prezident müsahibə zamanı yenidən Ermənistanda faşist Qaregin Ter-Arutyunyana abidə ucaldılması məsələsinə toxunub:

“Belə insana Ermənistanda altı metrlik abidə ucaldılır, açılışında bu ölkənin prezidenti, keçmiş prezidenti iştirak edir. Bu məsələni qaldırmaqla (MDB-nin Aşqabad sammiti – red.) mən MDB-dəki həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz gərək özümüzdə, öz təşkilatımızda bütün “və”lərə nöqtə qoyaq. Biz burada politkorrektəlik, selektivlik, kiminsə xətrinə dəyməmək prinsiplərini rəhbər tutmamalıyıq. Biz gərək həqiqəti deyək, əks təqdirdə bu təşkilat formatında diskussiya mənasını itirəcək. Mən güman edirdim ki, özünü demokrat kimi təqdim edən Ermənistanın yeni rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Təəssüf ki, mən başqa şey gördüm. Erməni nümayəndə heyətinin rəhbəri, Baş nazir bu canini müdafiə edərək, Ter-Arutyunyanın düşərgədə olması faktının əhəmiyyət daşımadığını, Soljenitsın da düşərgədə olduğunu dedi. Bilirsiniz, mən protokolu pozub, yenidən söz istədim və dedim ki, Soljenitsını faşistlə müqayisə etmək həyasızlığın zirvəsidir. Bütün bunlar böyük təəccüb və çaşqınlıq yaradır, həmçinin Ermənistanda hakimiyyətin dəyişəcəyi, amma rejimin əvvəlki kimi qalacağı fikrinə gətirib çıxarır”.

Tarix
2020.05.07 / 13:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla