Yuxarı

İlham Əliyev: Bu, pandemiya şəraitində rekorddur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ilk rübündə neft-qaz hasilatıyla bağlı olmayan sənaye məhsulları sektorunda istehsalın həcmi 23% artıb. Bu, pandemiya şəraitində rekorddur. Düşünürəm ki, bu rəqəm bizim etdiyimiz işə hörmət yaradır. Ona görə də qeyri-neft sektoruna keçid bizim əsas prioritetimiz olaraq qalır. Mən dəfələrlə demişəm ki, neft sektorunu unutmalıylq. Neftin hazırkı qiymətləriylə postneft dövrünün başladığını demək olar.

Axar.az xəbər verir ki, bunu TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Azərbaycan iqtisadiyyatının artımında əsas aparıcı güc onun şəffaflaşdırılması olacaq. Bu istiqamətdə - iqtisadiyyatın kölgədən çıxardılması üçün çox şey edilir. Təəssüf ki, bu problem bizim üçün hələ də aktualdır. Bizim qəbul etdiyimiz tədbirlər öz nəticələrini verir, biz büdcəni doldururuq”, – deyə Prezident bildirib.

İlham Əliyev, həmçinin Azərbaycanın kənd təsərüffatı sahəsində böyük potensialı olduğunu, eləcə də nəqliyyat-logistika sferasında bütün işlərin başa çatdırıldığını deyib.

Prezident Azərbaycanın turizmə də böyük diqqət ayırdığını söyləyib. Pandemiyanın turizm sektoruna böyük zərbə vurduğunu bildirən Prezident Azərbaycanın daxili turizmin stimullaşdırılmasına böyük diqqət ayıracağını qeyd edib.

Tarix
2020.05.07 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla