Yuxarı

Buna görə Azərbaycan bir çox ölkələrə örnək göstərilir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyeva yazırlar:

“Hörmətli Prezidentimiz, dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Bu çətin dövrdə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir. Əminik ki, uzaqgörənliyinizin və dərin zəkanızın sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaq. Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir. Gördüyünüz bütün tədbirlər vətəndaş məmnunluğunun artırılmasına hesablanıb. Bunlar xalq-Prezident həmrəyliyini gücləndirir, Sizə olan inamı daha da artırır.

Cənab Prezident, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğunuza görə Sizə bütün təhsil işçiləri və məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk”.

Masallı rayonunun sakini İsgəndər Məmmədəliyev:

“Möhtərəm Prezidentimiz, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun!”.

Daşkəsən şəhərindən Sərvinaz Qurbanova:

“Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad ediləcək, insanlarımız daha yaxşı yaşayacaq. Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsinə, qocalara qayğıya, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik”.

Tərtər rayonundan Sadiq Quliyev: “Möhtərəm cənab Prezident, Sizi bütün tərtərlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə "Biz birlikdə güclüyük!" şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun!”.

Cəlilabad rayonunun sakini Əli Məmmədovun məktubunda deyilir:

“Hörmətli cənab Prezident, bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olub. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da görmək olar. Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun! Azərbaycan xalqının bütün vətənpərvər nümayəndələri hər zaman Sizin yanınızdadır”.

Bakı şəhərinin sakini Sevil Qurbanova:

“Möhtərəm cənab Prezident, məktubuma ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi vaxtlarda atamın dediyi sözlərlə başlamaq istəyirəm: “Heydər Əliyev bizi bu bəladan qurtaracaq”. Azərbaycanın çətin vaxtında atamın əminliklə dediyi bu sözləri o zaman uşaq olduğuma görə tam dərk etmirdim, amma zamanla ulu öndər Heydər Əliyevin qüdrətli siyasəti nəticəsində Azərbaycanımızın bəlalardan qurtulub gündən-günə çiçəkləndiyinin şahidi oldum. Son zamanlar bütün dünyanı bürümüş pandemiya ölkəmizdən də yan keçməyəndə Sizin ilk çıxışınız zamanı atam: “Prezidentimiz İlham Əliyev bizi bu bəladan qurtaracaq. Atasının oğludur”, - deyəndə bu dəfə əmin idim ki, Sizin rəhbərliyinizlə bu bəladan üzüağ çıxacağıq. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün ən az itki verən ölkələr sırasındadır. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən Azərbaycan xalqına diqqət və qayğınızı əsirgəmədiniz. Sizin qabaqlayıcı tədbirlər barədə verdiyiniz bütün qərarlar xalqımızın rifahı və sağlamlığı məqsədi daşıyırdı. Siz bu çətin zamanda bir daha sübut etdiniz ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bir daha əmin olduq ki, ölkəmiz Sizinlə daim gözəl günlər yaşayacaq.

Cənab Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın rifahı və sağlam gələcəyi üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük!”

Bərdə rayonunun Samux kəndindən Seymur Məmmədov:

“Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən respublikamızın bütün regionlarında müasir avtomobil yollarının, körpülərin, keçidlərin yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq. Tapşırığınıza əsasən Bərdə rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni yol tikilib. Bu yolun tikintisi kənd sakinlərinin hədsiz sevincinə səbəb oldu. Görülən işlərə görə kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Samux kəndinin sakinləri adından Sizə bitməz-tükənməz yollar qədər uzun ömür, cansağlığı və ailə səadəti arzulayırıq. Çox sağ olun, cənab Prezident”.

Füzuli rayonundan Hörmət Səfərov, Eynulla Cəfərov, Miralı Nəsirov, Hüseyn Əliyev, Əsəd Kazımov, Rahib Mehdizadə və Mədəd Məmmədov yazırlar:

“Hörmətli cənab Prezident, Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!”

Bakının Xəzər rayonunun Qala qəsəbəsindən Qorxmaz Ağayev:

“Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Təbii ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir çətinlik hiss etmədi. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Sizə bir daha minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətin uğurlarının daha bol olmasını arzu edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha güclü və qüdrətli olacaq”.

Tarix
2020.05.20 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla