Yuxarı

Bu şəhərdə 28 may Azərbaycanın Milli Günü elan olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəhərdə 28 may Azərbaycanın Milli Günü elan olundu

ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Ximenez 2020-ci ilin 28 may tarixinin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Axar.az xəbər verir ki, sənəddə ilk olaraq Mayami-Deyd şəhərinin fərdlər və təşkilatların multimədəniyyət müxtəlifliyinə töhfəsini tanımağa səy göstərdiyi bildirilir. Belə ki, Amerikada yaşayan Azərbaycanlıların Floridada fəal iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edir.

K.Ximenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən bu etnik icmanı təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu vurğulayıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilir.

Mer Ximenez 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırış edib.

Tarix
2020.05.23 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla