Yuxarı

Ordu hazırdır, xalq isə yox – Millət vəkilindən reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordu hazırdır, xalq isə yox – Millət vəkilindən reaksiya

Ermənilərin qondarma seçkilərdən sonra Şuşada “andiçmə” mərasimi keçirməsinə azərbaycanlıların son dərəcə kəskin reaksiya verməsi və müharibə tələbi ilə bağlı millət vəkili Erkin Qədirli də fikirlərini açıqlayıb.

Axar.az xəbər verir ki, E.Qədirliyi tədbirin Şuşada keçirilməsinin heç nəyi dəyişmədiyini bildirib.

“Xankəndi bizim deyilmi? Xankəndidə olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər (elə yozula bilər). Onu da deyim ki, zamanında belə söhbət olub (xarici diplomatlar belə suallar veriblər)”, - E.Qədirli qeyd edib.

Onun sözlərinə görə, ermənilərin Qarabağda keçirdikləri “seçki”ləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır, Qarabağın özünü də dövlət sayan yoxdur. Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür:

“Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri bunu etməkdə haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir (verilməməlidir)”.

Millət vəkili cəmiyyətimizin demokratiya kimi, müharibəyə də hazır olmadığını vurğulayıb:

“Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu döyüşləri uda bilir ancaq. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür”.

Tarix
2020.05.23 / 12:29
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla