Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
5 İyul 2020


Bakıdan qondarma seçkilərlə bağlı Quterreşə məktub

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri" mövzusunda müzakirələr çərçivəsində BTM-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma "seçkilər"dən və bu qanunsuz fəaliyyətin beynəlxalq birlik tərəfindən kəskin pislənməsindən danışılır.

Müraciətdə deyilir ki, Ermənistan martın 31-də və aprelin 14-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz "seçkilər" keçirib. Qondarma "seçkilər" tamamilə qeyri-legirtimdir, çünki Azərbaycan ərazilərinin davam etməkdə olan hərbi işğalının və burada aparılmış etnik təmizləmənin nəticələrindən irəli gəlir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin aşkar şəkildə pozulması deməkdir. Beynəlxalq birlik bir daha böyük səs çoxluğu ilə təsdiq edib ki, onun bu saxta "seçkilər"in nəticələrinin qəbuledilməzliyi, onların həqiqiliyinin kollektiv şəkildə rədd edilməsi və tanınmaması və deməli, heç bir təsir gücünün olmaması ilə bağlı mövqeyi ardıcıl və prinsipialdır.

Y.Əliyev qeyd edib ki, bununla əlaqədar, onun 2020-ci il 15 aprel tarixli (A / 74/805-S / 2020/301) məktubuna əlavə kimi beynəlxalq birliyin qeyri-legitim "seçkilər"lə bağlı mövqeyinin şərh olunduğu sənədin yenilənmiş versiyası qoşulub.

Məktubun sonunda deyilir: "Bu məktubun və ona qoşmanın - Təhlükəsizlik Şurası gündəliyinin və sənədinin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Baş Assambleya sənədinin yayılmasına görə Sizə minnətdar olardım".

Sonra beynəlxalq və regional təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun Qoşulmama Hərəkatının, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın, ATƏT-in Minsk Qrupunun, ATƏT-in Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə bir çox ölkələrin, o cümlədən Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İran, İtaliya, Yaponiya, Latviya, Montereqro, Moldova, Norveç, Pakistan, Polşa, Rumıniya, Səufiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya və Birləşmiş Ştatların qondarma "seçkilər"in keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazisində qondarma qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatlarının siyahısı BMT-nin Baş katibinə təqdim edilib.

Tarix
2020.05.26 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Bakıdan ABŞ-a təbrik mesajı

Mnatsakanyan görüşdən dərhal sonra Qarabağa gəldi

İlham Əliyev 5 fərman, 1 sərəncam imzaladı

İlham Əliyev Trampa məktub göndərdi

Müharibə hazırlığı: Cavab elə ağır olacaq ki, İrəvan... - Deputat

Bakı yeni islahatlara hazırlaşır: nələr dəyişəcək?

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

Prezident Şərq-Qərb dəhlizindən danışdı

Prezident açıqladı: Bu layihə qitələri birləşdirir

Əşrəf Qani: Məqsədimiz Azərbaycandan Əfqanıstana...

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla