Yuxarı

Uğurlarımızda Bakının böyük köməyi olub - Gürcü nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uğurlarımızda Bakının böyük köməyi olub - Gürcü nazir

Gürcüstan müstəqillik illərində çox böyük uğurlar qazanıb. Bu uğurları qazanmağımızda dost ölkələrin çox böyük köməyi və dəstəyi olub. Onların köməyi olmadan bu uğurlarımız mümkün olmazdı.

Axar.az xəbər verir ki, bu fikirlər Gürcüstanın Xarici İşlər naziri David Zalkalianinin 26 May- Müstəqillik Günü münasibətilə Gürcüstanda akkreditə edilmiş diplomatik korpusa ünvanladığı məktubda əksini tapıb.

Belə bir məktub Azərbaycanın Tiflisdəki səfirliyinə də təqdim olunub.

Nazir diplomatlara peşəkarlıq, fədakarlıq və xeyirxahlıq göstərdikləri üçün Gürcüstandakı xarici ölkələrin səfirlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkür edib.

O, həmçinin, koronavirus pandemiyası zamanı Gürcüstana yardım etmiş xarici ölkələrə təşəkkürünü ifadə edib.

Məktubda deyilir ki, yanımızda olan dost ölkələrin əvəzsiz köməyi olmadan Gürcüstanın üzləşdiyi problemlərin öhdəsindən gəlməsi çox çətin olardı.

“Son aylarda üzləşdiyimiz pandemiya bizə dünyanı dəyişdirməyimizin, həmrəylik, əməkdaşlıq və qarşılıqlı yardımlaşma prinsipləri üzərində yenidən inşa etməyimizin lazım olduğunu göstərdi”, - deyə D.Zalkaliani vurğulayıb.

Tarix
2020.05.26 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla