Yuxarı

Pompeo Azərbaycanı təbrik etdi: Respublika Günü...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pompeo Azərbaycanı təbrik etdi: Respublika Günü...

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycanı Respublika Günü münasibətilə ABŞ hökumətinə adından təbrik edib.

Axar.az bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir.

Təbrikdə qeyd olunur ki, ABŞ və Azərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir:

“Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi kimi vacib məsələlərlə məşğul oluruq. Biz Əfqanıstanda sülhün bərqərar olunması və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üzrə çiyin-çiyinə işləyirik. Ölkələrimiz dünyada mühüm problemlərin həllində əməkdaşlığı davam etdirir”.

M.Pompeo qeyd edib ki, ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir:

“Bu il COVİD-19 pandemiyası yeni çağırışların yaranmasına səbəb olsa da, mən əminəm ki, Azərbaycan xalqı bunun öhdəsindən cəsarətlə və qətiyyətlə gələcək. ABŞ Azərbaycanın yanındadır, ölkənin suverenliyini və müstəqilliyini dəstəkləyir”.

Tarix
2020.05.28 / 10:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla