Yuxarı

İranın Azərbaycana etirazı və Şaumyanın “xarabazarlıq” vədi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan siyasi qüvvələri hələ müstəqillik elan etməzdən xeyli əvvəl, öz ərazilərinə və milli hüquqlarına sahib olmaq üçün “Azərbaycan muxtariyyəti” şüarını irəli sürdükləri vaxt dərhal qonşu dövlətlərin böyük etirazları ilə qarşılaşıblar. İran dövləti bu ifadədəki “Azərbaycan” adına etirazını bildirərək, bu ada haqqı “çatmayan” qafqazlıları İran Azərbaycanına ərazi iddialarında ittiham edib və bu məsələni Paris Sülh konfransına qədər çıxarıb. Rusiya dövləti (Ağqvardiya hökuməti və bolşeviklər), erməni milli, siyasi-hərbi qüvvələri isə “muxtariyyət” kəlməsində azərbaycanlıların dövlətçilik iddialarını görərək, onlara “muxtariyyət” əvəzinə “bir yığın xarabazarlıqlar” (Şaumyan) vəd edib və 1918-ci il mart-iyul aylarında kütləvi qırğınlar törətməklər bu “vədlərinə” əməl ediblər.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi-alim Solmaz Rüstəmova-Tohidi 1918-ci il hadisələri və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şəraitlə bağlı geniş məqaləsində qeyd edib.

O bildirib ki, həmin dövrdə Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü ciddi təhlükə altında idi:

“Mövcud plana görə Bakı daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə keçməli idi. Bu şərtlər qarşısında Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il 28 mayında İstiqlal bəyannaməsini – Müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdilər. Lakin Bakı və işğal altında olan torpaqlar azad edilməyincə bu müstəqillik hələ yalnız kağız üzərində idi.

Müstəqilliyə “can verəcək” qüvvə isə Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri olmalı idi. Lakin həmin ilin 17 iyununda Tiflisdən Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti burada “Müstəqillik” aktını qəbul etməyən bir dəstə yerli əhali və onların tanınmış xadimləri ilə üzləşir. Məlum olur ki, müəyyən daxili səbəblər, eləcə də “düşmən qonşular” əhatəsi faktından çıxış edən bu əhali qrupu Azərbaycan xalqının xilasını müstəqil dövlətçilikdə deyil, Osmanlı dövlətinə ilhaqda - birləşməkdə görür. “İlhaqçılar” adlanan bu qrup həmin dövr artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun müşaviri Əhməd bəy Ağayevin timsalında öz tərəfdarlarını tapırlar".

Alim qeyd edib ki, “Gəncə böhranı” adlanacaq və Azərbaycan dövlətçiliyi üçün ilk ciddi təhlükə sayılacaq bu hadisənin təfərrüatına varmaq lazımdır:

"İşğal qarşısında sərgərdan düşmüş xalqın rəyini öyrənmək üçün nə vaxtı, nə imkanı olan Milli Şura üzvləri, həmin xalqın digər hissəsinin də müstəqillikdən imtina kimi rəyi ilə hesablaşacağı təqdirdə Azərbaycanın sonrakı taleyini necə təsəvvür edirsiniz? Bu zaman cəmi 4 aydan sonra Osmanlı imperiyasının özünün tam məğlubiyyətə uğrayaraq dağıldığı, tutduğu bütün ərazilərdən çıxarıldığı, Osmanlı rəhbərlərinin Sevr müqaviləsini imzaladığı və hələ sonralar Mustafa Kamalın misilsiz hərəkatı nəticəsində müdafiəyə qalxacağını nəzərə alın. Odur ki, xarici hərbi iradə qarşısında yenə də müvəqqəti güzəştə getməyə məcbur olan Milli Şura yalnız bir şərt irəli sürür: İstiqlalı qorumaq!”

Tarix
2020.05.30 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla