Yuxarı

Bakıya hücum: Ənvər Paşa niyə çapar göndərdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz İslam Ordusu və Azərbaycan hərbi birləşmələrinin torpaqlarımızı işğaldan azad edə-edə artıq 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşdığı vaxt Almaniya, Rusiya, İngiltərə kimi böyük dövlətlərin və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələrinin hər vəchlə Bakının bu ordu tərəfindən alınmasına mane olmaq cəhdləri, azərbaycanlılara ən yaxşı halda Gəncənin paytaxt kimi vəd olunması, Bakının isə “sərbəst” şəhər (вольный город) – hamının şəhəri, Bakı neftinin - hamının nefti elan edilməsi şərtləri qarşısında türk ordusu komandanlığının və Azərbaycan xadimlərinin göstərdiyi iradə və mətanəti qeyd etməmək olarmı?

Kult.az xəbər verir ki, bu sözləri tarixçi-alim Solmaz Rüstəmova Tohidi AXC-nin yaranması, İrəvanın güzəştə gedilməsi məcburiyyəti və Bakının işğaldan azad edilməsi haqda tarixi həqiqətləri əks etdirən məqaləsində qeyd edib.

“Rəsulzadənin bu məsələ ətrafında İstanbulda açdığı geniş diplomatik “döyüş”, bu ideyanın əsas müəlliflərindən Almaniyanın İstanbuldakı səfirliyinə və bütün digər Avropa ölkələrin nümayəndəliklərinə təqdim etdiyi “Bakı... Azərbaycan üçün ölüm-dirim məsələsidir” sonluğu ilə bitən ultimatumlar, Azərbaycana göndərdiyi “Bakı alınmasa, hər şey bitdi. Əlvida Azərbaycan” teleqramları bir tərəfdən, göstərilən güclü təzyiqlər qarşısında Bakıya hücumu saxlamış Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti, məxsusi olaraq Almaniyaya çağırılan Tələt Paşanın Bakının Azərbaycana məxsus olduğuna dair açıq bəyanatı, Ənvər Paşanın Qafqaz İslam Ordusu komandanlığına teleqraf vasitəsilə yaza bilmədiklərini çaparla göndərərək “şəhəri tezliklə azad edin” əmrləri, yenə də Rəsulzadənin Bakının türk ordusu tərəfindən işğalı ittihamları qarşısında “Bakı Azərbaycan adına azad edilməlidir! Bakıya ilk olaraq Azərbaycan hökuməti girməlidir!” kimi çağırışları AXC xadimlərinin məhz müstəqillik uğrunda mübarizəsinin həqiqətən şanlı səhifələri idi. Bəli, burada Cümhuriyyət xadimləri qonşu və qardaş Osmanlı dövlətinin generallarının dəstəyindən yararlanırdılar”, - tarixçi bildirib.

Tarix
2020.05.30 / 15:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla