Yuxarı

Tomson Bakıya nifrətlə girdi, cəmi 40 gün sonra isə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mudros sazişinə əsasən, I Dünya müharibəsində məğlub türk qüvvələri Azərbaycanı tərk etdikdən sonra da Azərbaycan hökuməti hələ tam müstəqil şəkildə fəaliyyət imkanı əldə etmirdi, müttəfiq dövlətlərin razılığına əsasən, Cənubi Qafqaz, o cümlədən Azərbaycan İngiltərənin təsir dairəsinə verilirdi.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi-alim Solmaz Rüstəmova-Tohidi 1918-ci il hadisələri haqda geniş məqaləsində qeyd edib. O bildirib ki, bu qərara baxmayaraq, Azərbaycan hökuməti addım-addım öz müstəqilliyinə doğru irəliləyirdi:

“Noyabrın 9-da vaxtilə Gəncədə, sözükeçən ilhaqçıların təklifi ilə qəbul edilmiş Osmanlı dövləti bayrağına bənzər, qırmızı, 8 guşəli bayraq dəyişdirilir. Yeni, üçrəngli bayraq Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin illərlə formalaşdırdığı milli idealları – türkçülük, müasirlik, islamçılığı tərənnüm edən dövlətçilik atributu kimi qəbul edilir.

1918-ci ilin 17 noyabrında gəmi ilə ilk dəfə Bakı limanına qədəm qoyan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun ilk əmri həmin bayraqları yerə endirmək olur! Lakin şəhərdə ingilis general-qubernatorluğu yaranmasına və bütün idarəçiliyin, həmçinin Bakının neft mədənlərinin onun nəzarəti altına keçməsinə baxmayaraq, Azərbaycan hökuməti bu mürəkkəb şəraitdə belə geri çəkilmir. Son nəticədə Azərbaycan milli-siyasi qüvvələrinə mənfi münasibət bəsləyən general Tomson cəmi 40 gündən sonra – dekabrın 27-də Fətəli Xan Xoyski hökumətini ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır. Bu 40 gündə hansı hadisələrin baş verdiyi və general Tomsonun münasibətinin beləcə 180 dərəcə dəyişməsi səbəbləri üzərində dayanmadan, onunla kifayətlənək ki, Azərbaycan Milli Şurası və hökuməti 1918-ci ili Azərbaycan müstəqilliyi və dövlətçiliyinin ən möhtəşəm nailiyyəti – Azərbaycan Parlamentinin yaradılması ilə başa vurur!”

Tarixçi xatırladıb ki, “vəhşi, barbar, qaragüruhçu müsəlmanlar” əvəzinə (rus-erməni milli komitələrinin təqdimatı) Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən general Tomsonu öz müttəfiqinə çevirməyi bacaran Cümhuriyyət xadimləri sonrakı 1919-cu ildə məhz bu generalın dəstəyi ilə həmin dövrün ən müşkül problemini – Qarabağ məsələsini həll edir, Xosrov bəy Sultanovun başçılığı altında Qarabağ qubernatorluğunun təşkil olunmasına, Qarabağın erməni əhalisinin Azərbaycan hökumətini tanımasına, erməni qoşunlarının Qarabağdan və Zəngəzurdan qovulmasına, rus generalı Biçeraxovun və onun erməni-daşnak qoşununun Bakıdan çıxarılmasına nail olurlar:

“Paris Sülh konfransına yollanan, lakin Fransa tərəfindən məqsədli şəkildə viza ala bilməyərək 4 ayadək İstanbulda yubanan Azərbaycan nümayəndə heyəti də məhz ingilis generalının təqdimatı ilə Parisə gedib çıxa bilir.

İstər ingilis komandanlığının Azərbaycanda olduğu, istərsə də sonrakı, tam müstəqil şəkildə mövcud olduğu 8 ay ərzində Azərbaycan hökuməti ölkə ərazisinə nəzarətini bərpa edir, Qarabağla yanaşı, Muğan separatizmini də yatırır, Cavad, Lənkəran qəzalarında öz hakimiyyət bərqərar edir”.

Tarix
2020.05.30 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla