Yuxarı

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev İtaliya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Dost İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı yetirirəm.

Azərbaycan ilə İtaliya arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq hissi doğurur. Cari ilin fevral ayında gözəl ölkənizə dövlət səfəri zamanı Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları, mənə və Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət, müdafiə və digər sahələrdə mövcud olan yüksək səviyyəli dialoq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Eyni zamanda, koronavirus xəstəliyinə qarşı mübarizədə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim rifah arzulayıram”.

Tarix
2020.06.01 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla