Yuxarı

Ən sərt karantinin səbəbkarı kimdir? – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin davam edir, lakin vətəndaşlarımız özlərini elə aparırlar ki, sanki nə virus var, nə də yoluxma riski. Nəzərə almaq lazımdır ki, hələ də vaksin tapılmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycanda həftə sonu üçün ən sərt karantin rejiminin elan edilməsini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan koronavirus pandemiyasından minimum itki ilə çıxmağa çalışır və burada vətəndaşların məsuliyyətli olması çox vacibdir:

“Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın bir çox inkişaf etmiş ölkələrinə nəzərən uğurlu nəticələr əldə edir. Xüsusilə son günlər karantin rejiminin tələblərinin yumşaldılması, iş yerlərinin, istirahət mərkəzlərinin yenidən açılması bunun ən böyük sübutudur. Təəssüf ki, bu gün insanlar karantin rejiminin tələblərinin yumşalmasını yanlış anlayır. Parkların, iş yerlərinin, istirahət mərkəzlərinin, mağazaların açılması karantinin bitdiyini, virusa qalib gəlindiyini göstərmir. Təhlükə hələ də var, risk qalmaqdadır”.

Q.Hüseynlinin sözlərinə görə, ötən gün yoluxma sayının bir gündə 300-ü keçməsi Operativ Qərargahın yenidən karantin rejimini sərtləşdirməsi yönündə qabaqlayıcı addımlar atmağa vadar etdi:

“Həftənin şənbə və bazar günləri əksər sahələrin tam qapadılması qərarı verildi. Bu qərarın verilməsi birbaşa vətəndaşların səhlənkarlığı, məsuliyyətsizliyinin nəticəsidir. Pandemiyanın ikinci dalğası ilə bağlı təhlükənin olduğu bir zamanda vətəndaşlar karantin rejiminin tələblərinin yumşalmasından sui-istifadə edir, hətta maska taxmayan, birbaşa təmaslə görüşən insanlara çox rast gəlinir. Bu və digər səbəblərdən karantin rejimində yenidən sərtləşmələrə səbəb oldu”.

Politoloq bildirib ki, yoluxmaların yenidən kəskin artması ölkə başçısı İlham Əliyevi də narahat edir:

“Prezident 28 mayda “Qobu Park-3” kompleksinin və ötən gün Tərtərdə Olimpiya Kompleksinin açılışında bir daha vətəndaşlara səslənib, karantin rejiminin tələblərinə əməl etməyə çağırdı. Ölkə başçısının vətəndaşlara karantin rejiminin tələblərinə əməl etməklə bağlı çağırış etməsi insanların özündə məsuliyyət hissini artırmalıdır. İnsanlar mövcud tələblərə ciddi yanaşmasa, təəssüf ki, qaydaların sərtləşməsi yalnız şənbə və bazar günləri ilə məhdudlaşmayacaq”.

Tarix
2020.06.04 / 16:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla