Yuxarı

Afina Türkiyəyə niyə meydan oxudu? - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Afina Liviyada Türkiyənin dəstəyi ilə Sərrac hökumətinin qələbə qazanmasından sonra növbənin iki ölkə arasındakı mübahisəli 12 adaya gələcəyindən ehtiyat edir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Yunanıstan Müdafiə naziri Nikos Panayotopulosun Afinanın öz suveren haqlarını qorumaq üçün Türkiyəyə qarşı hərbi fəaliyyətə hazır olması barədə sözlərini şərh edərkən deyib. O bildirib ki, yunan nazirin Türkiyə tərəfindən təxribatların artması haqda iddiası doğru deyil:

“Türkiyənin regionda apardığı başlıca xarici siyasət ölkənin tarixi maraqlarına əsaslanır. Yəni hər bir suveren ölkə kimi Türkiyə də öz maraqlarını qorumağa çalışır. Yunan tərəfinin belə bir açıqlama verməsi çox maraqlıdır. Çünki bu bəyanat Liviyada siyasi proseslərin Türkiyənin səyləri ilə sabitləşməyə doğru getdiyi bir vaxtda səsləndi. Sərrac hökuməti Haftar qarşısında mühüm uğurlar əldə edib. Əslində, bu, Haftarın timsalında Yunanıstanın da Liviyada geriləməsi deməkdir. Çünki Yunanıstan faktiki olaraq Türkiyənin Liviyada güclənməməsi və Aralıq dənizində hidrokarbon ehtiyatları axtarışının qarşısını almaq üçün Haftarı dəstəkləyirdi. Haftarın Liviyada məğlub olması Aralıq dənizində Türkiyəyə müttəfiq bir Liviya deməkdir. Bu isə Yunanıstanın maraqlarına uyğun deyil”.

Ekspertin sözlərinə görə, Türkiyə ilə Yunanıstanın hazırkı dövrdə müharibə etməsi real səslənmir:

“Ankara ilə Afina arasında münasibətlər nə qədər gərgin olsa da, aktiv müharibəyə keçəcəyi inandırıcı deyil. Bunun üçün bir sıra başlıca səbəblər var. Birincisi, Yunanıstan və Türkiyə hər ikisi NATO ölkəsidir. Bir hərbi alyansda olan ölkənin müharibə vəziyyətinə gəlməsi digər alyans ölkələri tərəfindən müsbət qarşılanmayacaq. Düzdür, iki ölkə NATO-da olduğu müddətdə Kipr adası uğrunda müharibə etsələr də, hazırkı vəziyyətdə belə bir hadisənin təkrarlanması mümkünsüzdür. Çünki mövcud dünya siyasəti o vaxta nəzərən fərqlidir. Bu iki ölkənin müharibəsi heç bir ölkənin maraqlarına uyğun gəlmir. İkincisi, Yunanıstanın Türkiyəyə hədələyici bəyanatlar verməsinə baxmayaraq, real vəziyyətdə müharibə etmək üçün nə iqtisadi, nə də hərbi potensialı var. Bu, Yunanıstanın zəif ölkə olduğu demək deyil. Lakin tərəflərin iqtisadi-hərbi potensialını müqayisə etdikdə fərq bariz şəkildə görünür. Üçüncüsü, Türkiyənin regionda günü-gündən artan nüfuzu bu ölkəni Yunanıstana nəzərən daha əhəmiyyətli edir. Xüsusilə də Türkiyənin Rusiya və ABŞ arasında vasitəçilik, regionun başlıca təhlükəsizlik missiyasını öz üzərinə götürməsi və s. bu ölkənin region üçün nə dərəcədə vacib olduğunu göstərir. Nəticə etibarilə Yunanıstan Türkiyəyə diş keçirməyə çalışsa da, dişləmək iqtidarında deyil”.

Tarix
2020.06.05 / 16:39
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla