Yuxarı

Prezidentə yazırlar: Bu gücün əsas səbəbi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın müxtəlif guşələrindən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları gəlməyə davam edir.

Axar.az məktublardan bir neçəsini təqdim edir:

Taleh İsa oğlu Mansurov (Bakı şəhəri Yasamal rayonu):

Möhtərəm Prezident.

Bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə həm vətəndaşlıq, həm də vicdanı borc bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada "supergüc" hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir.

Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun.

Firon Qasımov, Bəhruz Hüseynov, Qabil Mustafayev (Cəlilabad rayonu):

Möhtərəm cənab Prezident.

Kəndlilərin çörəyi torpaqdan çıxır. Bu torpağı da bizə ulu öndərimiz Heydər Əliyev bağışlayıb. O vaxtdan bəri torpaqlarımızı əkib-becərir və müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin təsərrüfatımızda əsas yeri kartof tutur. Biz məhsulumuzu Rusiyaya ixrac edərək ölkəmizə çoxlu vəsait cəlb edirik.

Cənab Prezident, hər il olduğu kimi, bu il də Siz bu məsələdə bizə yaxından kömək etdiniz. Rusiyadan gələn maşınların ölkəmizə maneəsiz daxil olmasını təmin edərək məhsulumuzun xarici bazarlarda satılmasına şərait yaratdınız. Bu məsələdə heç bir problemimiz olmadı.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun. Sağ olun.

Səyyarə İsmayıl qızı Musayeva, şəhid anası (Gədəbəy rayonu, Arıqıran kəndi):

Möhtərəm cənab Prezident.

Bütün dünyada böhranın baş alıb getdiyi bir vaxtda ölkəmizdə, o cümlədən Gədəbəyimizdə aparılan abadlıq-quruculuq işlərinə görə bir şəhid anası kimi Sizə təşəkkür edirəm.

Arıqıran kəndinə təbii qaz xəttinin çəkilişinə və işıq dirəklərinin yenilənməsinə başlanılıb. Uzun müddət idi ki, elektrik enerjisi və yanacaq sarıdan əziyyət çəkirdik.

Sakinlərə göstərdiyiniz bu diqqət qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Cahan Mahmud qızı Xəlilova , qəhrəman ana (Zərdab rayonu, Şəftəhal kəndi):

Möhtərəm Prezident.

Mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbiçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq.

Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz.

Allah Sizi qorusun.

Tarix
2020.06.05 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla