Yuxarı

Prezidentin bunu deməsi bizi duyğulandırdı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakının Bilgəh qəsəbəsi, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı oldu. Açılışlarda dövlət başçısının səsləndirdiyi fikirlər, karantin tədbirləri ilə bağlı çağırışları özünə diqqət tələb edir.

İlk növbədə ona görə ki, bu fikirlər məhz dövlət başçısı tərəfindən səsləndirilib; ikincisi, həmin fikirlər hərtərəfli inforfmasiyalara malik dövlət başçısı tərəfindən deyildiyi üçün nə qədər dəyərlidirsə, eyni güclə, kübar ziyalı xalqcanlılığı ilə və çox təsirli şəkildə deyildiyi üçün, habelə mövzunun dünyanın ən aktual problemi olması etibarı ilə də öyrənilməlidir.

Bir daha vurğulamalıyam ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizin, tibb personalının gücünə güc qatır, xəstələrə qüvvətli inam aşılayır. – Həm yeni səhiyyə ocaqlarının açılışı, həm də ali dövlət rəhbərliyinin açılışlarda iştirakı, cənab Prezidentin hər üç açılış mərasimindəki təsirli nitqi, ölkəmizdə koronavirusla bağlı psxioloji durumun gərginlikdən daha da uzaq tutulması baxımından çox faydalıdır.

Özəliklə, dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin tibbi maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi fərqləndirməli olduğumuz məqamlar sırasındadır. Gəlin, cənab Prezidentin öz sözlərinə müraciət edək:

“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.

Doğrusu, dövlət başçısının məhz bu qədər açıq, səmimi sözlərlə vətəndaşlara müraciət etməsi məni bir vətəndaş olaraq, bir insan olaraq çox duyğulandırdı. Prezident və xanımı həm nümunə göstərir, həm də misal gətirdiyimiz yanarürəkli sözlərlə, çox səmimi cümlələrlə çağırış edir... Bu çağırışlar biz vətəndaşların məsuliyyəti və vicdanı ilə öz layiqli cavabını tapmalıdır.

Daha nələri müşahidə etdik, nələri fərqləndirə bilərik?

Koronavirusun respublikamızda daha çox təsbit edildiyi, əhalinin sıx məskunlaşdığı Abşeron yarımadası, yarımadanın misalında ümumən ölkəmiz üç modul tipli xəstəxana kompleksi ilə yeni imkanlar qazandı. Biz burada, ən azı üç mühüm istiqaməti fərqləndirə bilərik: məqsədyönlülük, operativlik və səriştə. Bu üçlü istiqamətlənmə ilə, belə modul tipli xəstəxana komplekslərinin quraşdırılması ilə səhiyyə sistemimiz əlavə 2000 çarpayılıq ehtiyat əldə etmiş oldu. COVİD-19-a yoluxmuş, yaxud risk qrupuna daxil olan vətəndaşlarımızın vacib, təxirəsalınmaz tibb xidmətləri ilə əhatə olunması üçün vahid idarəetmə, o cümlədən tibbi əlaqələndirmə təmin edilmiş oldu.

Modul tipli xəstəxanaların istifadəyə verilməsindən başqa:

- ölkənin sənaye imkanlarından istifadə etməklə, qısa zaman kəsiyində tibbi maska müəssisələrinin fəaliyyətə başlamasını;

- dezinfeksiya vasitələrinin respublika daxilində istehsal olunmasını;

- həkimlər üçün özəl geyimlərin – kombinezonların istehsal edilməsini də qeyd etməliyik. Bütün bunlar, qlobal pandemiya təhlükəsi qarşısında müdafiə üçün dövlət tərəfindən vətəndaşa təqdim edilmiş çoxtərəfli, düşünülmüş tədbirlərdən xəbər verir.

Deyilənlər fonunda, cənab Prezidentin vətəndaşları bir daha böyük məsuliyyətə, nizam-intizama çağırması, haqlı olaraq geniş reaksiya doğurmaqdadır.

“Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”, – bunlar Azərbaycan Prezidentinin sözləridir.

Biz pandemiya elan olunan gündən Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının atdığı addımları bir cümləyə sığdırmalı olsaydıq, deməliydik ki, cənab İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub!

Əlbəttə, karantin yumşalmaları tətbiq olunduqca, yoluxma sayının kəskin artmasını görürük. Digər yandan ölkənin iqtisadi sistemini və vətəndaşları isti yay günlərində uzunmüddət eyni sərt karantin rejimində saxlmağın çətin olduğu da hamımıza aydındır; lakin o da aydındır ki, iqtisadi blokda itkilərin dövlət tərəfindən qarşılanması, gəlir gəlməli subyektlərdən xərclər gəldiyi bir ortamda, dövlət məhz vətəndaşın sağlamlığını birinci yerə qoyub. Və bizlərin adi bir diqqətsizliyi, hətta bir nəfərin məsuliyyətsizliyi belə... ümumxalq, ümumölkə miqyasında problemlər yarada bilər. Ona görə də xalqımızın dövlət tədbirlərinə anlayışlı yanaşması qədirşünaslıqla qeyd edilməlidir, ayrıca, bu anlayışın özü bir qədirşünaslıq hadisəsidir. Xalq öz dövlətinin, dövlət öz xalqının qədir-qiymətini anlayır, qlobal pandemiya dövründə görülmüş işlərin mənasını dəyərləndirir.

Prezidentin sözləri bu ibrətamiz mənzərini çox dəqiq ifadə etməkdədir:

“Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır”.

Dövlətin qabaqlayıcı tədbirləri bizi hazırkı durumdan daha çətin durumlara da hazır vəziyyətə gətirməkdədir. Yeri gəlmişkən, sözügedən 3 yeni modul xəstəxanadan öncə paytaxtda başqa bir kompleks də açılmışdı; daha 6 kompleksinsə bölgələrimizdə quruşdırılacağı rəsmi şəkildə bildirilib.

Qabaqlayıcı tədbirlərdən söz açan cənab Prezident, bu məqsədlə yeni laboratoriyalar alındığını, hazırda 20-dən çox belə laboratoriyaya malik olduğumuzu dedi.

Xüsusi qeyd etməliyik ki, respublikamız bütün dünya miqyasında o nadir ölkələrdəndir ki, COVİD-19-a yoluxduğu təsbit edilən bütün xəstələr tibb müəssisələrində müalicə alır. Bunu sözlə ifadə etmək asandır, lakin infrastrukturu, avadanlıqları, tibb personalını, peşəkar həkimləri, zəruri dərmanları... göz önündə canlandırdıqda, nə qədər çətin bir işin öhdəsindən gəlməkdə olduğumuzu görürük. Amma dünya praktikası bu planda tamam başqa gerçəkliklərdən xəbər verir. Dövlət başçısının vurğuladığı kimi, “Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Bu yerdə deməliyik ki, Azərbaycan COVİD-19-a qarşı mübarizə tədbirlərində, sadəcə, aid olduğumuz bölgədə deyil, ümumən dünyada fərqlənən – inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı olduğunu nümayiş etdirən ölkədir. Azərbaycan Prezidentinin bu sözləri mənzərəni bütün gerçəklikləri ilə aydın şəkildə göstərir:

“Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq”.

Yeni sağlıq ocaqlarının açılış mərasimində dövlət başçısının diqqət ayrıdığı istiqamətlərdən biri də koronavirus pandemiyasına qarşı mübarizədə özəl sektorla əməkdaşlıq idi. Qlobal pandemiyaya qarşı mübarizədə ölkədaxili tədbirlər siyahısında on xəstəxana kompleksinin tikilməsinin məqsədəuyğun sayıldığı, onların dördünü özəl sektorun öz vəsaiti hesabına inşa edəcəyini vurğulayan dövlət başçısı bununla dövlətin üzərindəki yükün bir qədər azaldılacağını dedi. Mənim bir vətəndaş, bir millət vəkili olaraq, qeyd etməyi özümə borc bildiyim məqamlardan biri də odur ki, cənab Prezident hər dəfə vətəndaşa dərin həssasiyyətini ifadə edir, vətəndaşlar tərəfindən atılmış bütün müsbət addımları mütləq şəkildə fərqləndirir, örnək göstərir:

“Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır.

...Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm”.

Ölkəiçi tədbirlərlə yanaşı, xarici ölkələrdə karantində qalanlara yaradılmış şəraitə toxunan dövlət başçısı, xaricdə qalan vətəndaşlarımızın da hər zaman diqqətdə olduğunu və onların ölkəyə gətirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edildiyini dedi. Bəlli olduğu kimi, xaricdə qalan və ölkəmizə gəlmək istəyən vətəndaşlar üçün xüsusi portal yaradılıb. O portalda qeydiyyatdan keçən vətəndaşlar növbəlilik əsasında dövlət hesabına ölkəmizə gətirilir.

“Bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə”, - Prezident bildirib.

Əlbəttə, pandemiyadan, pandemiya dövründə təşkil edilmiş mübarizə tədbirlərindən danışdıqda, ön plana çıxan ad – həkim adı, peşə – həkimlik olur. Bir yandan vətəndaşlarımız həkimlərimizin qayğısını, diqqətini, sözün həqiqi mənasında fədakarlığın hiss edir, görür, digər yandan, pandemiyaya qarşı mübarizədə ön xətdə olan həkimlər, tibb personalı da, öz növbəsində, dövlətin qayğısını, dövlət nəzakətini hiss edir, görür. Fədakar həkimlərimizin mübarizəsi, həyatı artıq bədii əsərlərə mövzu olur, onlar haqqında əfsanələr yayılır... Bu, çox xoşdur.

“Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”, - bu duyğu dolu sözlər dövlət başçısına aiddir...

Və nəhayət, yeni tətbiq olunmağa başlamış həftəsonu məhdudiyyətləri barədə.

Cənab Prezident Azərbaycan cəmiyyətinin pandemiyaya qarşı mübarizədə dövlətin müəyyənləşdirdiyi zəruri qayda-qanunlara əməl etdiyini bir daha vurğuladı.

Hər nə qədər təkrarçılıq da olsa, sonda bir həndəsi silsiləni qeyd etmək istərdim. – Bununla xatırlatmaq istərdim ki, koronavirusda “iki”dən sonra “üç” gəlmir – əgər bir məsuliyyətsiz vətəndaş COVİD-19 daşıyıcısı olduğu halda, qayda-qanunlara tabe olmur, sosial məsafəni qorumursa, onun ilk təmasda olduğu insandan sonra bu qorxunc yoluxma silsiləsi işə düşmüş olur: 2, 4. 8, 16, 32, 64, 128, 256, 512, 1024, 2048... – Elə başa düşürəm, bu “silsilə”nin yazılışı belə... bir məsuliyyətsiz hərəkətin doğura biləcəyi müdhiş qorxunun miqyasını aydın göstərə bilir və əlavə şərhə ehtiyac qalmır...

Beləliklə, Bilgəh, Sumqayıt və Sarayda açılışı olan yeni modul tipli xəstəxana kompleksləri, açılışda dövlətin ali rəhbərliyinin iştirakı və orada dövlət başçısı tərəfindən verilən mühüm ismarışlar dövlət-xalq birliyinin, vətəndaş məsuliyyətinin dəyərini bir daha çox aydın şəkildə göstərdi.

Tarix
2020.06.11 / 16:38
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla