Yuxarı

Estoniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci Dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tarix
2020.06.26 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla