Yuxarı

Erməni vəkildən şok: İrəvan biosilah hazırlayır - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni vəkildən şok: İrəvan biosilah hazırlayır - Video

09:17

Vəkil Koçubayevin Ermənistandakı Amerika bioloji laboratoriyalarının fəaliyyətinin qarşısını almaq tələbi ilə verdiyi bəyanatlarla bağlı yalnız bir şey demək olar: Buzlar əriməyə başlayır!

Bu barədə Axar.az-a rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov erməni vəkil Aleksandır Koçubayevin Ermənistan ərazisində fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinin bioloji laboratoriyalarının lisenziyalarını geri götürülməsi tələbi ilə Ermənistanın Baş Prokurorluğuna və İnzibati Məhkəməsinə ərizə verməsini şərh edərək bildirib.

Qeyd edək ki, erməni vəkil BMT-nin Baş katibinə də məktub yazaraq, laboratoriyalarda bakterioloji silahların işlənib hazırlandığını bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanda bu məsələ ilə bağlı əvvəllər də ehtiyatlı fikirlər səslənib, amma hazırkı pandemiya bu problemi daha da gərginləşdirib.

“Bundan başqa, Paşinyan rejiminin bostanına sanballı daş isə Rusiya mütəxəssislərinin bu laboratoriyalara buraxılmaması ilə atıldı. Aydındır ki, rejimin okeanın o tayındakı havadarları ilə birlikdə bu biolaboratoriyalarda gizlətdiyi böyük sirlər var, lakin indiki mərhələdə görünür ki, Ermənistanda artıq cəmiyyətin özü suallar verməyə başlayıb. Paşinyanın nə cavab verəcəyi məlum deyil. Bəlkə də artıq indidən bu danışan vəkili Ermənistan KQB-sinin əməkdaşları tutub", - deyə Mixaylov bildirib.

Tarix
2020.06.27 / 14:09
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla