Yuxarı

Əşrəf Qani: Məqsədimiz Azərbaycandan Əfqanıstana...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əşrəf Qani: Məqsədimiz Azərbaycandan Əfqanıstana...

Təhlükəsiz sistem üzərindən informasiya mübadiləsi çox mühüm əhəmiyyət kəsb edir. Bizim investisiyamız var və mən sonra bu məsələyə təkrar qayıdacağam. Biz Əfqanıstanda 8 ərazidə quru limanlar yaradırıq. Bu baxımdan iki liman - Akina və Toraqundi limanları hazırdır. Biz həm Azərbaycanın özəl sektoru, həm də Türkmənistanın dövlət sektoru ilə birgə əməkdaşlıq etməyə hazırıq. İkinci məsələ ondan ibarətdir ki, biz çox mühüm ticarət və enerjini inkişaf etdirmişik. Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır. Potensialda onu Pakistan və Hindistana genişləndirməkdir - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri tamamlanana qədər orada gördüyümüz işlərə müvafiq olaraq.

Axar.az xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.

"Bizim üçün maraqlı olan məsələ odur ki, enerji alışının növləri rəqabət xarakterli deyil, əksinə, bir-birini tamamlayır. Biz Azərbaycandan neft əldə edirik, dizel yanacağını və təbii qazı Türkmənistandan alırıq. Prezident Əliyev, Sizin göstərişinizə əsasən SOCAR bizimlə müqavilə bağlamışdır ki, tapşırığınızla Azərbaycandan Türkmənistana gedən axının proqnozlaşdırılması təmin olunsun", - Ə.Qani deyib.

Tarix
2020.07.02 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla