Yuxarı

Prezident açıqladı: Bu layihə qitələri birləşdirir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident açıqladı: Bu layihə qitələri birləşdirir

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Azərbaycan Prezidentinin sözlərinə görə, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir:

“Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir”.

Tarix
2020.07.02 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla