Yuxarı

Rus mediası ermənilərin itkisini açıqladı: ən azı 15 ölü...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus mediası ermənilərin itkisini açıqladı: ən azı 15 ölü...

KTMT-nin Baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar təşkilatın Daimi Şurasının təcili iclasını çağırıb (İclas artıq təxirə salınıb – red.). Amma çox güman ki, bu, İrəvanın bir oyunudur. Pandemiya dövründə Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyi həddən artıq zəifləyib, əvəzində ölkə daxilində müxalifət birləşməkdə davam edir. Bu şəraitdə ictimai diqqətin daxili siyasətdən xarici təhlükəyə yönəldilməsi Nikol üçün son addımdır. Amma bu dəfə onun effektiv olacağı inandırıcı deyil.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur Nyus.ru portalı yazıb. Məqalədə bildirilib ki, əksər ölkələr kimi, Rusiya da Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır, buna görə də real olaraq İrəvan KTMT-dən müsbət heç nə gözləməməlidir.

“Ermənistanın Müdafiə Nazirliyi münaqişə zonasında əsl vəziyyəti gizlədir. Hərbi mənbələrdən əldə edilən məlumata əsasən, erməni komandirləri çoxlu sayda canlı qüvvə və hərbi texnika itirdiklərini bildirirlər. Söhbət ən azı 15 hərbiçinin ölməsi və çoxlu sayda yaralanın olmasından gedir. Amma Azərbaycan Müdafiə Nazirliyi dərhal hərbi qulluqçularının həlak olduğunu rəsmi olaraq bəyan etdi", - deyə xəbərdə vurğulanıb.

Tarix
2020.07.13 / 16:12
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla