Yuxarı

AB cəbhədəki durumla bağlı məlumatlandırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB cəbhədəki durumla bağlı məlumatlandırıldı

Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.

Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.

Borrell Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.

Tarix
2020.07.13 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla