Yuxarı

Sovet qoşununu Bakıya Rasizadə çağırıb?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etməyim haqda yayılmış iddialardan xəbərim var.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq baş naziri Artur Rasizadə Modern.az-a geniş müsahibəsində deyib. O, iddiaların əsassız olduğunu bildirib:

“Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub, ya da teleqram göndərsin. Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə, yalandır”.

Bu illər ərzində haqqında yayılmış neqativ xəbərlərə reaksiya verməməsi ilə bağlı danışan A.Rasizadə bunları vurğulayıb:

“Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və s. vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi: “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”

Tarix
2020.07.14 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla