Yuxarı

Ermənilər artıq ultimatum verir – Nikolun planı başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının Ermənistanın Tovuz təxribatına və sərhəddə yaşananlara görə təcili iclasının çağırılması, ancaq dərhal da iclasın ləğv edildiyi haqda məlumatın yayılması Ermənistanda guya “şok effekt” verib.

Axar.az xəbər verir ki, erməni rəsmilər və media bunu fürsət bilərək, Rusiya əleyhinə kəskin ittihamlar səsləndirməyə başlayıblar.

“Lragir.az” saytında dərc edilən məqalədə bildirilib ki, KTMT həmişə postsovet məkanında siyasi rəqabət və Rusiya ilə münasibətlərin aydınlaşdırılması üçün platforma olub:

“KTMT-yə daxil olmayan Azərbaycan onun üzvü olan Ermənistandan bloka daha çox təsir göstərə bilir. KTMT ya Ermənistanı dəstəkləməli, ya da özünü buraxmalıdır”.

Qəribə bir “təsadüflə” ekspertlərin proqnozları özünü doğrultmaqdadır. Ekspertlər bildirmişdilər ki, Nikol Paşinyan dövlət sərhədində həyata keçirilməsinə göstəriş verdiyi bu təxribatla, əslində, Rusiyadan ayrılma yolunda ciddi addım atmaq istəyir.

Belə ki, təxribata görə KTMT-dən dəstək ala bilməyəcəyinə əvvəlcədən əmin olan N.Paşinyan bunu bəhanə edərək, “Rusiyaya arxalanmağın mümkün olmadığı” barədə ictimai rəy formalaşdırmaq və qərbyönlü siyasətini açıq müstəviyə keçirmək istəyir.

Tarix
2020.07.14 / 17:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla