Yuxarı

Məmmədyarov Zərifə erməni təxribatından danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov İranlı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb. Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.

Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirmişdir. O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd etmişdir.

Tarix
2020.07.14 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla