Yuxarı

AAK-dan tələb: İrəvana sərt sanksiya...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.

Axar.az xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin (AAK) beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilib ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyini bir daha sübut edir.

“Biz dünya ictimaiyyətinə, BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, digər beynəlxalq qurumlara müraciət edərək, israrla onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq.

Soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsinə səbəb olur. Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”- deyə bəyanatda qeyd olunub.

AAK bəyan edib ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyir: “Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi beynəlxalq təşkilatları dinc sakinlərin-qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün, nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

Tarix
2020.07.15 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla