Yuxarı

Latviya XİN Tovuz təxribatı ilə bağlı açıqlama yaydı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddində, Tovuz rayonunda vəziyyətin gərginləşməsindən və Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı atəşdən narahat olduğunu bildirir.

Axar.az Report-a istinadən xəbər verir ki, Latvuya XİN-i bu hadisələrin sülhə və stabilliyə ciddi təhlükə yaratdığı və hər iki tərəfin itkilərinə səbəb olduğunu bildirib.

Latviya Xarici İşlər Nazirliyi hər iki tərəfi atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırır. Ermənistan və Azərbaycan münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və bəyanatdan çəkinməlidirlər.

Dağlıq Qarabağda münaqişə ilə bağlı Latviyanın mövqeyi bəllidir: Latviya, Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında qeyd olunduğu kimi istənilən ölkənin suverenliyini və onun ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul edilmiş ümumi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilə bilər.

Tarix
2020.07.16 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla