Yuxarı

Türkiyə səfiri: Paşinyan özü bu vəziyyəti yaratdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə təxribatçı hərəkətlərə yol verib.

Axar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral “Haber7.com” saytına müsahibəsində deyib. O bildirib ki, Paşinyanın bölgəyə səfər edərək “Dağlıq Qarabağ Ermənistandır” deyə açıqlama verib:

“Bundan başqa, oğlunu Dağlıq Qarabağa hərbi xidmət keçməyə göndərdi. Paşinyan xaricdən də göründüyü kimi, ancaq təxribat törətməyə çalışdı. Təəssüf ki, məsələnin daha da ağırlaşmasına səbəb oldu. Əlbəttə ki, xarici amillərin də bu vəziyyətə təsiri ola bilər. Ancaq Paşinyan özü məsələnin bu vəziyyətə düşməsinə şərait yaratdı”.

Səfir qeyd edib ki, münaqişənin daha da alovlanmaması üçün problemi tez zamanda həll etmək lazımdır:

“ATƏT-in Minsk Qrupunun 30 ilə yaxındır göstərdiyi təşəbbüs heç bir nəticə vermir. Buna görə də problemin həlli istiqamətində Minsk Qrupu həmsədrləri üçün yeni və yaradıcı fikirlər irəli sürməyə çağırırıq. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqa uyğun olaraq həli üçün Ermənistana qarşı müəyyən təzyiqlər tətbiq olunmalıdır. Ortada açıq şəkildə ədalətsizlik, beynəlxalq hüquqa zidd əməllər və BMT-nin həyata keçməyən qətnamələri var”.

Tarix
2020.07.16 / 16:51
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla