Yuxarı

Macar nazir Ceyhun Bayramovu ölkəsinə dəvət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən macar Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə toxunan P.Siyyarto Macarıstanın Aİ ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarı olduğunu qeyd edib.

Görüşün sonunda P.Siyyarto azərbaycanlı həmkarını pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra Budapeştə rəsmi səfərə dəvət edib.

Tarix
2020.07.17 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla