Yuxarı

Fransa əyalətindən qərəzli bəyanat - XİN-in cavabı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fansanın Overn-Ron-Alp (Auvergne Rhône Alpes) regionunun prezidenti Loran Vokenin (Laurent Wauquiez) Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən, o cümlədən iki ölkə sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin 12 iyul tarixindən etibarən törədilən hərbi təxribat ilə bağlı tamamilə həqiqətə uyğun olmayan və qərəzli bəyanat ilə çıxış etməsini qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada öz əksini tapıb.

"Qatı ermənipərəst mövqeyi ilə tanınan L.Vokenin rəhbərlik etdiyi və erməni icmasının çoxluq təşkil etdiyi Overn-Ron-Alp regionunun ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimlə 10 əməkdaşlıq xartiyasını imzalaması region prezidentinin mövqeyinin qərəzli xarakter daşıdığını aşkar şəkildə göstərir.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə haqq qazandıran bu bəyanat, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmir, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mövqeyinə ciddi zərbə vurur. Fransanın ikinci böyük regionunun prezidentinin bu kimi birtərəfli və reallıqdan uzaq mövqeyi Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun həmsədri qismində Fransanın qərəzsiz mövqeyinə inamını sarsıdır.

Bəyanat Fransanın beynəlxalq, Avropa, ikitərəfli və milli səviyyədəki öhdəliklərinə ziddir.

Azərbaycan tərəfi Fransadan Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atacağını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini gözləyir!" - XİN-dən bildirilib.

Tarix
2020.07.17 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla