Yuxarı

Uluçay Sahibə Qafarovaya zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də Şimali Kipr Cumhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin ruhunu ehtiramla yad etdiyini bildirərək onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib.

Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cümhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb. Sonda cənab Uluçay Azərbaycana daimi rifah və qələbə arzuladığını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində göstərilən diqqət və dəstək üçün cənab Uluçaya dərin təşəkkürünü ifadə edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib. Milli Məclisin sədri əminliklə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq. Sonda Sahibə Qafarova Cumhuriyyət Məclisinin sədrinə telefon zəngi üçün təşəkkür edib.

Tarix
2020.07.17 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla