Yuxarı

Paşinyan nəinki reytinqini, başını da itirib - Gürcü ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın siyasi ekspertləri rəsmi Tiflisin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı passivlik nümayiş etdirməsi fikirləri ilə razı deyillər.

Axar.az xəbər verir ki bunu Report-a açıqlamasında gürcü politoloq, professor Simon Kopadze bildirib.

Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi Gürcüstan və Azərbaycan üçün ümumi problemdir:

“Gürcüstan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Son hadisələr sübut edir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında yalnız Azərbaycan və Gürcüstan maraqlıdır”.

Ekspert bildirib ki, Ermənistanın Azərbaycan tərəfini UAZ maşını ilə hərbi diversiya törətməkdə ittiham etməsi sadəcə gülüncdür:

“Bu, hətta lətifə qədər gülməlidir”.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq siyasət arenasında müstəqil oyunçu kimi mövcud deyil: “Ermənistan marionet, kvazi-dövlətdir və tamamilə Rusiyaya tabedir”.

S.Kopadze Ermənistanın ölkədəki COVİD-19-la bağlı ağır vəziyyət fonunda müharibəyə hazır olmadığını deyib:

“İndi baş nazir Nikol Paşinyan nəinki reytinqini, başını da itirib”.

O qeyd edib ki, Ermənistan müstəqil dövlət olsaydı, Gürcüstan münaqişə tərəflərini Tbilisidə danışıqlar aparmağa dəvət edə bilərdi.

Gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya da bildirib ki, Gürcüstanın qonşuluğunda baş verən toqquşmalara biganə qalması qeyri-mümkündür:

“Bütün Gürcüstan xalqı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti ürək ağrısı ilə izləyir. Azərbaycanın problemi Gürcüstanın problemdir, çünki iki ölkə və xalq bir-biri ilə çox sıx bağlıdır. Gürcüstanın müstəqilliyi Azərbaycanın qüdrətindən asılıdır. Gürcüstan-Azərbaycan dostluğu və birliyi çox möhkəmdir”.

Tarixçinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı son hücumları növbəti təxribatdır:

“Ermənistan Azərbaycana hücumla bağlı qərarı müstəqil qəbul etmək iqtidarında deyil. Qərar Moskvadan diktə edilib”.

Tarix
2020.07.18 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla