Yuxarı

Savaş qızışsa, biz də orada olacağıq - İlham Rəhimov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir Azərbaycanda deyiləm. Ancaq bir gözüm Azərbaycanda, xüsusən Tovuzdadır... Açığı, hərbi əməliyyatlar başlayan kimi ölkəyə gəlmək qərarı verdim. Bilirsiniz ki, COVİD-19-a görə gediş-gəliş şərtləri dəyişib. Ölkə dəyişməzdən 48 saat öncə koronavirus testindən keçmək gərəkdir. Hətta test də verdim. Sonra döyüş bölgəsində nisbətən sakitlik yarandığından öncədən planladığım işlərimi tamamlamaq qərarına gəldim. Bakıda olsaydım, heç şübhəsiz, indi Tovuzdaydım.

Axar.az xəbər verir ki, bu sözləri professor İlham Rəhimov jurnalist Aygün Muradxanlıya müsahibəsində deyib.

“Gündə bir neçə dəfə Bakı ilə, Tovuzla əlaqə saxlayıram. Bilirsiz ki, Tovuz mənim kiçik Vətənimdir, doğmalarım, əzizlərim orada yaşayır. Pandemiya başlayandan diqqətimizi bir qədər də artırmışıq, xəstələr üçün Səhiyyə Nazirliyinə 10 ədəd müasir ambulans hədiyyə etmişik. Hərbi əməliyyatlar başlanandan bütün diqqətimiz elimizdə, obamızdadır. Savaş qızışsa, heç şübhəsiz biz də orada olacağıq.

Azərbaycanın əraziləri işğal olunub. Biz hərbi əməliyyatlara cəlb olunmuşuq, itki vermişik, sərhəddə hər gün gərginlik yaşanır. Demək, heç nə istisna deyil”.

İ.Rəhimov bildiib ki, hər an təxribat da ola bilər, hər an genişmiqyaslı döyüş əməliyyatları da başlaya bilər:

“Əgər bunu hərbi ekspertlər deyirsə, biz bununla razılaşmaya bilmərik. Hərbi məqsəd təbii ki, var. Bildiyim qədərilə Azərbaycan Ordusu Qara qaya yüksəkliyində möhkəmlənib. Ordumuz böyük şücaət göstərdi. Şəhid olanların hər birinin ailəsinə başsağlığı verirəm. İtkilərimiz böyükdür. Azərbaycan Ordusu generalını itirib. Bu, Azərbaycanın müstəqilliyi dönəminin hərb tarixində ilk hadisədir. Biz indiyə qədər yalnız II Dünya Savaşında general Həzi Aslanovu cəbhədə itirmişik. Allah hamısına rəhmət eləsin. Bir ölkənin döyüşən general yetişdirməsi sıradan məsələ deyil. Bu hüquq-mühafizə orqanları generalı məsələsilə eyniləşdirilməməlidir. Belə itkilərin yeri gec dolur. Yaralılarımız da var. Onların hamısına şəfa arzulayıram”.

Tarix
2020.07.18 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla