Yuxarı

Bir-birini görəndə salam vermir, amma bu gün... - Rəhimov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü diaspor ölkəyə böyük dəstəkdir. Bu, bir daha sübut olundu. Ölkədən kənarda olan azərbaycanlılar Ermənistana çox ciddi iqtisadi zərbə vurdular. O da sübut olundu ki, birləşmək, millət kimi ortaq mövqe sərgiləmək sifarişlə baş vermir.

Axar.az xəbər verir ki, bu sözləri professor İlham Rəhimov jurnalist Aygün Muradxanlıya müsahibəsində deyib.

"Nə zaman ki, millətin damarına basılır, o zaman birlik öz-özünə yaranır. Rusiyada çox sayda diaspor qurumlarımız var. Bəzilərinin rəhbərləri bir-birini görəndə bəlkə heç salam da vermir. Ancaq bu gün hər kəs ortaq mövqedən çıxış edir. Bunun adı milli birlikdir. Ermənilər Qərb bölgəsinə hücum etməklə bir daha niyyətlərini ortaya qoydular ki, onların hədəfi yalnız Qarabağ deyil, onlar Azərbaycandan torpaq qoparmaq istəyir. Qarabağ tamamilə fərqli hərbi, iqtisadi, beynəlxaq şərtlər altında işğal olunub. Ermənistan bu işğala illərlə hazırlaşıb. İdeologiyasını yaradıb, diasporunu qurub, beynəlxalq dəstək alıb, hərbi dəstək qazana bilib. Ən əsası, milləti bu işğala hazırlayıb. İndi Azərbaycan güclənir. İndi biz millət kimi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazırlaşırıq. Güclənirik, böyüyürük. Düşünürəm ki, bu birliyimizi pozmaq, bizi hədəflərimizdən yayındırmaq artıq mümkün olacaq məsələ deyil. Atatürkün sözləri ilə desək, mövzu Vətən olanda, qalan hər şey təfərrüatdır”, - o qeyd edib.

Tarix
2020.07.18 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla