Axar.az
Yuxarı

Axar.Az Logo

120 ölkə erməni təxribatını pislədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, kommünikedə Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb.

QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib.

QH üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.

Beləliklə də, QH-nin 120 üzv dövləti Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhəddində son hərbi təxribatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.

Tarix
2020.07.19 / 10:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni deputatlar son otuz ildə... - Türk deputat

Bölgədə sülh və əməkdaşlıq üçün fürsət... - Zərif

Müharibə zamanı İran bizə dəstək verdi - Bayramov

Tonoyan: Qarabağ savaşında Rusiya yardım edirdi - Video

Bayramov Zəriflə görüşdü

Azərbaycan rus deputatın adını qara siyahıya saldı

İlham Əliyevdən Zərifə: Mənə indicə məlumat verilib ki...

Tonoyan: “Yeni müharibə - yeni ərazilər” demişdim... - Video

Şirkətlərimiz Qarabağda işə başlamağa hazırdır – Zərif

Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla