Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2020


İsraildə Azərbaycana dəstək mitinqi keçiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

"İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. "Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq", - deyə həmvətənimiz vurğulayıb.

A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.

Tarix
2020.08.01 / 14:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyanın İrəvana silah göndərməsi... - Hikmət Hacıyev

İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi

Nikoldan "hə/yox" cavabı tələb olunurdu, o isə... - Hacıyev

Baş nazir qərar imzaladı

Makronun Türkiyə ilə bağlı 4 niyyəti – Şərh

Gəncənin atəşə tutulması ilə bağlı hədələr... - MN

Qarabağın azərbaycanlı icması bəyanat yaydı

Rəsmi Bakı Pakistanı təbrik etdi

Prezidentin bu fikirləri İtaliya mətbuatında...

Hulusi Akar: Bir ananın iki övladıyıq

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla