Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Avqust 2020


Ermənistanın ən güclü silahı artıq işə yaramır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan qarşısında tək üstün olduğu cəhəti xarici diaspor və lobbi fəaliyyətidir. 200 ildən artıq bir lobbiçilik, diaspor tarixinə malik olan Ermənistan bu yolla Azərbaycanı hər vəchlə haqsız göstərməyə çalışırdı.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov diaspor sahəsində də uğursuzluğun nəticəsi kimi Ermənistan Baş naziri Nikol Paşinyanın erməni diasporunun aparıcı və məsul işçilərini işdən çıxarmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Tovuz hadisələri Ermənistan lobbisi və diasporunun nüfuzunu zədələdi:

“Etiraf etmək lazımdır ki, erməni lobbisi kifayət qədər köklü bir tarixə malikdir. Vahid bir vətəni olmayan bu xalq varlığını davam etdirmək üçün dünyanın müxtəlif regionlarına səpələnib, lakin hər zaman bir-biri ilə əlaqələri olub. Məqsəd isə özlərinə başqa ölkələrdən birinin torpağında dövlət yaratmaq olub. Tarixən inkişaf edən bu ideologiyanın zərərlərini isə ən çox biz çəkmişik. Bunları deməkdə məqsədim düşmənimizi yaxşı tanımaqdır. Və düşməni məğlub etmənin ən yaxşı yolu onu öz silahı ilə vurmaqdır.

Azərbaycan diaspor və lobbi fəaliyyəti Ermənistan kimi inkişaf etməmişdi. Çünki Azərbaycan xalqının tarix boyu bir yox, bir çox dövləti olub. Müstəqilliyin ilk illərindən bu sahədə işlər getsə də, təəssüf ki, lazımi effekt əldə edə bilmirdik. Lakin qısa müddətdə əldə edilən uğurlar bu gün bu sahədə inkişafın getdiyini göstərir.

Məlum Tovuz hadisələrindən sonra dünya azərbaycanlıları nizamlı, sivil qaydada bir araya gəlib ölkələrinə dəstək oldular. Bu cür dəstək bir ilk idi. Və bu ilk Ermənistanda çox böyük bir rezonans doğurdu”.

Politoloq qeyd edib ki, Azərbaycan diasporunun fəallığı erməniləri qorxuya salıb:

“Azərbaycan diasporunun Tovuz hadisələrinə bu cür reaksiyasını ermənilər gözləmirdi. Ona görə də özlərini itirdilər – erməni diaspor nümayəndələrinin azərbaycanlılara qarşı fiziki güc tətbiqinin də, Nikol Paşinyanın diaspordan məsul olan 13 şəxsi işdən çıxarmasının da səbəbi budur”.

Tarix
2020.08.02 / 22:03
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Hulusi Akar: Bir ananın iki övladıyıq

Türkiyə bu gün ən müasir silahlar istehsal edir - Prezident

Prezident: Bu, bəzi ölkələrdə narahatlıq doğurur

İlham Əliyev türk generalları qəbul etdi - Video

Bayramov bu ölkə səfiri ilə görüşdü

Əliyev Putinə zəng etdi: İrəvana daşınan hərbi yüklər... - Video

Akar Bakıdan İrəvana mesaj verdi: 83 milyonluq Türkiyə... - Video

Əliyevin Putinə zəngi: Ciddi müzakirələr olacaq

Akardan Bakıda qürurverici sözlər: Güclü ordu ilə...

Türk ordusunun dəstəyi ilə Azərbaycan... – Həsənov

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla