Yuxarı

Bakı bu ölkələri beynəlxalq məhkəməyə verə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dinc etiraz və nümayiş keçirmək haqqı bütün sivil ölkələrin konstitusiyasında nəzərədə tutulub. Hansısa qruplaşmalar, diaspor nümayəndələri və ya sadə vətəndaşların dinc nümayişlərin keçirilməsinə mane olmağa haqları yoxdur. Müvafiq hüquq-mühafizə orqanları ehtiyac yaranacağı halda təhlükəsizliyi təmin etməyə və dəstək göstərməyə borcludurlar. Buna görə beynəlxalq hüquq baxımından bəzi ölkələrdə azərbaycanlıların dinc etirazlarına erməni millətçilərinin hücumu bağışlanılmaz aqressiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri Anastasiya Lavrina deyib.

Onun sözlərinə görə, ermənilər özlərini o qədər cəzasız hiss edirlər ki, yad ölkədə belə qanunları rahatlıqla pozurlar.

A.Lavrina qanuni ölçü götürülməyəcəyi təqdirdə ermənilərin daha böyük iğtişaşlara yol verəcəyini bildirib:

“Bəzi erməni diaspor birliklərinin terrorçu kimliyi çoxdan hamıya bəllidir. Son zamanlar Ermənistanın millətçi qüvvələrinin nümayəndələri Avropa və ABŞ-da aktivləşiblər. Bizim həmvətənlərimizə hücum edənlər arasında ASALA terror təşkilatının üzvü olanlar da vardı. Avropa ölkələri və ABŞ-ın hüquq-mühafizə orqanları üçün bu təşkilatın pərəstişkarlarının aqressiv hərəkətləri xəbərdarlıq olmalıdır”.

Lavrina Azərbaycan diplomatik missiyasının situasiyanı nəzarətdə saxladığını bildirib:

“Erməni millətçilərinin vəhşi hərəkətlərinə və soydaşlarımıza kütləvi hücumlarına ədalətli hüquqi qiymət verilməsi üçün bizim diplomatlarımız aktiv çalışmalıdır. Əgər hansısa səbəbdən buna göz yumulsa, Azərbaycan bu ölkələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1965-ci il Konvensiyası və İnsan haqları haqqında 1966-cı il Paktına uyğun olaraq, məsuliyyətə cəlb edə bilər”.

Tarix
2020.08.05 / 16:44
Müəllif
Əli, İlkin
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla