Yuxarı

Prezidentdən 190 manatla bağlı - Göstəriş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən 190 manatla bağlı - Göstəriş

Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”, - İlham Əliyev qeyd edib.

Tarix
2020.08.06 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla