Yuxarı

Pakistan lideri Qarabağdakı soyqırımdan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan lideri Qarabağdakı soyqırımdan danışdı

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ölkəsində qeyd olunan Kəşmirin blokada günü ilə əlaqədar Senatın xüsusi sessiyasında urdu dilində çıxış edərək, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgələrinin əhalisinin ötən bir ildə fundamental insan hüquqlarından məhrum edildiyini, dünyanın orada baş verən hadisələri görməli olduğunu söyləyib.

Axar.az xəbər verir ki, A.Alvi bölgədəki hadisələrin soyqırıma doğru inkişaf etdiyini vurğulayıb, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilən soyqırımlara toxunub. O, Dağlıq Qarabağda da əvvəlcə təcrid siyasətinin aparıldığını, sonra soyqırımın həyata keçirildiyi, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırıb.

Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə BMT-nin Baş katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya və İrana minnətdarlığını ifadə edib.

Tarix
2020.08.06 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla