Yuxarı

Yeni islahat dalğasının siqnalı verildi – YAP-çı deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı dünənki müşavirədə bir sıra önəmli məsələlərə toxundu. Xüsusilə əhalinin mövcud sosial və iqtisadi problemlərindən bəhs edən Prezident bunların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verdi. Ümumilikdə deyə bilərəm ki, dünənki müşavirədə yeni sosial-iqtisadi islahatların aparılacağının siqnalı verildi.

Bunu Axar.az-a millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə haqda danışarkən deyib.

A.Mirzəzadə vurğulayıb ki, ölkə başçısı pandemiya ilə mübarizədə hazırkı vəziyyətdən razıdır və belə davam etsə, karantin rejimi aradan qaldırıla bilər:

“Yaxın günlərdə biz sağalanların sayında daha yüksək artım müşahidə edə biləcəyik. Pandemiya ilə mübarizədə vətəndaşların da öz öhdəsinə düşən vəzifələri yerinə yetirməsi bu gün belə bir müsbət dinamikanın əldə edilməsinə gətirib çıxarıb. Mövcud vəziyyət ölkə başçısının da diqqətindədir. Ümumiyyətlə, yoluxanların, sağalanların sayı, pandemiyanın gedişi müntəzəm olaraq ölkə başçısına da çatdırılır. Dünənki müşavirədə Prezidentin bu məsələyə toxunması pandemiya ilə mübarizədə müsbət nailiyyətin əldə edilməsi ilə əlaqədərdir”.

A.Mirzəzadə bildirib ki, ölkədə sosial islahatlara ehtiyac var və bu islahatların aparılması üçün ilk növbədə sağlam iqtisadiyyat olmalıdır:

“Ölkə başçısı dünənki çıxışında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə yeni islahatların mesajını verdi. Lakin ilk növbədə mövcud iqtisadi problemlərin həllinin vacibliyini vurğuladı. Çünki pandemiya iqtisadiyyatın müəyyən sahələrinə böyük zərbə vurub. Bu gün dövlətin qarşısında duran başlıca iqtisadi məsələ bu sahələrin yenidən dirçəlməsi, əvvəlki vəziyyətinə qaytarılmasıdır. Məhz bu məsələlər bu gün yeni iqtisadi islahatların bizi gözlədiyini deməyimizə əsas verir.

Prezidentin xüsusilə hər il dövlətdən yardım alan dövlət şirkətlərindən narazı olması bəzi sahələrin özəlləşməsi ssenarisini real edir. Düşünürəm, ölkədə iqtisadi islahatların özəl sektor üzərindən aparılması sonda sosial islahatların da aparılması üçün sağlam iqtisadi təməl olacaq”.

Tarix
2020.08.07 / 15:08
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla