Yuxarı

Səfirimiz müşahidəçilər missiyasına rəhbərlik edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz müşahidəçilər missiyasına rəhbərlik edəcək

Qazaxıstan Senatı deputatlarının seçki kampaniyası çərçivəsində MSK Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından beş müşahidəçi akkreditasiyadan keçirib.

Axar.az xəbər verir ki, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Qazaxıstandakı səfirliklərinin nümayəndələri Senata keçiriləcək seçkiləri izləyəcəklər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçilər missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edəcək.

Qazaxıstan Xarici İşlər nazirinin müavini Yerjan Aşikbayev MDB, TDƏŞ, TÜRKPA və ŞƏT kimi beynəlxalq təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvət məktubları və müvafiq qeydlər göndərdiyini bildirib.

Xatırladaq ki, bu il iyunun 12-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına - Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Tarix
2020.08.07 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla