Yuxarı

Tramp ikinci dəfə prezident seçilsə, nələri dəyişəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın ikinci dəfə prezident seçilmə şansı çox yüksəkdir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ABŞ Prezidenti Donald Trampın ikinci dəfə prezident seçilmək şansını qiymətləndirərkən deyib. O bildirib ki, Donald Trampın hədəfi heç də ikinci dəfə prezident seçilərək ABŞ tarixinə düşmək deyil:

“Şübhəsiz, Tramp 2016-cı ildəki uğurunu təkrarlaya bilsə, ABŞ tarixinə düşəcək. Lakin onun hədəfləri daha fərqlidir. Tramp şəxsi ambisiyalarını dövlətin ali maraqlarından daha üstün tutur. Bu mənada o, ABŞ-ın köklü və oturuşmuş siyasi sitemini dəyişmək istəyir. Məsələ ondadır ki, ABŞ-da prezidentlər kimliyindən və ya cəmiyyətdəki statusundan asılı olmayaraq, dövlətin vahid siyasi kursuna tabedir. Yəni similar, prezidentlər dəyişsə də, ABŞ siyasi kursu dəyişə bilməz. Tramp isə məhz bu imkansız kimi görünəni etmək istəyir. Onun bu işi bacarıb-bacarmayacağına dair nəsə demək çətindir. Lakin dəqiq olan bir şey varsa, o da Trampın ikinci dəfə prezident seçiləcəyi təqdirdə bu yöndə ciddi işlər görəcəyidir”.

Politoloq Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə İran və Şimali Koreya ilə sürətli şəkildə razılaşma əldə edəcəyi vədinə də toxunub:

“Bilirsiz, İran, Şimali Koreya, Suriya, Liviya, Venesuela kimi ölkələr ABŞ üçün düşmən deyil. Heç rəqib də deyil. Bu və bu kimi ölkələr ABŞ üçün regional problemlərdir. Problemlər isə həll oluna bilər. Bu mənada Tramp ikinci dəfə prezident seçilsə, dediyi kimi, İran və Şimali Koreya ilə sürətli şəkildə razılaşma əldə edə bilər. Ancaq əsas maraq doğuran məqam ABŞ-Çin münasibətlərinin necə olacağıdır. Məsələ ondadır ki, bu gün ABŞ üçün dünyada real rəqib Çindir. Çinin sürətlə inkişaf edən sənayesi, ticarət dövriyyəsi, ucuz işçi qüvvəsi onu ABŞ qarşısında dura biləcək real bir supergüc halına gətirir. Bu mənada Tramp seçki vədlərində Çin-ABŞ münasibətlərindən danışmaqdan yayınır”.

Tarix
2020.08.08 / 17:50
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla