Yuxarı

İlham Əliyev AzTV-yə müsahibə verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev AzTV-yə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Axar.az dövlət başçısının müsahibəsindən bəzi məqamları təqdim edir:

“Bu gün "Qarabağ" yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənilməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycanda inşa edilibdir. Azərbaycan mütəxəssisləri tərəfindən və bu gün artıq dənizə yola salınır”.

“Bizim indi əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir”.

“Bu gün Azərbaycan vaxtılə - 1990-cı illərdə tərk edilmiş Qarabağ yatağına qayıdır və bu nəhəng dayaq bloku bunun əyani sübutudur”.

“Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Tarix
2020.08.10 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla