Yuxarı

Bu dövlət şirkətləri parçalanıb özəlləşdirilməlidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət əmlakından səmərəli istifadə olunması və onun özəlləşdirilməyə hazırlanması üçün belə bir holdinqin, tikinti sektorunun canlandırılması üçün isə İnşaat Korporasiyasının yaradılması mart ayında elan olunmuşdu və mən bunu alqışlamışdım.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət İnvestisiya Holdinqinin yaradılması ilə bağlı deyib.

Onun sözlərinə görə, işlərin ləng getməsi təəssüfedicidir:

“Bizim çox vaxtımız yoxdur. Dövlət əmlakından səmərəli istifadə etməyin bir yolu var: Dövlət şirkətlərinin bir hissəsi bir neçə yerə bölünərək özəlləşdirilməli, bir hissəsi isə investisiya qoyuluşu qarşılığında özəl şirkətlərə uzunmüddətli istifadəyə verilməlidir. Biznesin inkişafı üçün ölkədə sözdə yox, əməldə məmur özbaşınalığına son qoyulmalı, məhkəmələrin səlahiyyətini mənimsəmiş məmur təbəqəsi yenilənməli, bütün hüquqi mübahisələr məhkəmələr vasitəsilə həll olunmalı, məhkəmə qərarlarını icra etməyən vəzifəli şəxslər haqqında cinayət işi başladılmalı və onlar dərhal tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Güclü iqtisadiyyatın yaradılması və korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün isə güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız güclü məhkəmə hakimiyyətinin olduğu ölkəyə böyük həcmdə investisiya qoyular, iri pullar ölkədən qaçmaz”.

Tarix
2020.08.12 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla