Yuxarı

Nikoldan "hə/yox" cavabı tələb olunurdu, o isə... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hardtalk" şousunda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı cəfəng fikirləri barəsində nə isə demək istəməzdim. Verilişdə olanlar hamısı göz qarşısında idi. Biz burada ədalətli jurnalistikanın şahidi olduq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Teleqraf.com-a özəl açıqlamasında deyib.

O, "Hardtalk" şousunda Nikol Paşinyana verilən sualları çox peşəkar, ədalətli və haqlı hesab etdiyini bildirib:

"Qərb jurnalistikasında belə bir deyim var: "Yanlış sual yoxdur, yanlış cavablar var". Jurnalistikanın sahib çıxdığı məhz bu prinsiplə çıxış edərək orada çox düzgün suallara yanlış, qeyri-peşəkar cavablar verildiyini müşahidə etdik. Amma əsas məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət də Ermənistanın işğalçılığını görür.

Orada bir tamaşaçı kimi bizim də diqqətimizi cəlb edən suallardan biri ondan ibarət idi ki, Ermənistan Azərbaycan xalqından üzr istəməyə hazırdırmı və nə zaman üzr istəyəcək? Paşinyandan da "hə" və ya "yox" cavabı tələb olunurdu. Göründüyü kimi Ermənistan rəhbərliyi yenə də ölkəsinin məsuliyyətindən qaçmağa çalışdı".

Tarix
2020.08.15 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla