Yuxarı

STM Nikolu darmadağın edən aparıcıya müraciət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzi BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakura Ermənistanın Baş naziri Nikol Paşinyanla müsahibəsinə görə müraciət ünvanlayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

"Verilişin aparıcısı obyektiv münasibət göstərərək, Ermənistanın baş nazirinə ölkəsinin Azərbaycan torpaqlarını işğal etməsi, işğal faktını BBC-nin nüfuzlu tribunasından bütün dünyaya çatdırması, Tovuz istiqamətində təxribat törətmələri və bununla da mülki əhalinin həyatına təhlükə yaradaraq beynəlxalq humanitar hüququn prinsiplərini pozması, işğal edilmiş ərazilərin qanunsuz məskunlaşdırıması, Dağlıq Qarabağda erməni işğal faktının beynəlxalq təşkilatların qətnamələrində təsdiq edilməsi, Ermənistandan yol çəkilərək, işğal faktını qanuniləşdirməyə cəhd edilməsi, sülh prosesinə böyük zərbə vuraraq, işğal edilən tarixi Azərbaycan şəhərlərinin “Ermənistanındır” sayıqlaması barədə suallar ünvanlayaraq, onun, faktiki isə Ermənistanın destruktiv, işğalçı dövlət siyasətini ifşa edərək, dünya ictimaiyyətinə təqdim edib.

Erməni baş nazirin tarixi saxtalaşdırmağa cəhd etməsi, rabitəsiz cavabları, sülhə təhlükə yaradan addımları ört-basdır etməyə cəhdi, siyasi keçmişi ilə hazırkı uğursuz rəhbərlik isterikasının fonunda Qarabağ həqiqətlərinə dünyanın diqqətinin cəlb edilməsində Stiven Sakuranın müstəsna rolu var.

Aparıcıya azərbaycanlılar adından təşəkkür edir, tarixi ədalətin bərpası yolundakı fəaliyyətlərində uğurlar arzulayırıq".

Tarix
2020.08.15 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla