Yuxarı

Hacıyevlə Altun erməniləri təşvişə saldı: Hibrid müharibə!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə vahid media platforması erməniləri təşvişə salıb. Onlar buna adekvat olaraq qondarma rejimlə işğalçı Ermənistanın diaspor fəaliyyətlərini “birləşdirmək” haqqında müzakirələrə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə təklifi “Henaket” düşüncə mərkəzinin rəhbəri Tiqran Abrahamyan verib. Onun fikrincə, əgər yenidən Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verərsə, Ankara və Bakı Ermənistana qarşı birgə mübarizə aparacaq:

“Hətta Türkiyə sərhəddəki toqquşmalarda superaktiv şəkildə iştirak edə bilər. O zaman vahid media platforması bu işə haqq qazandırmağa çalışacaq. Bu isə bizim üçün asan olmayacaq, iki cəbhədə müharibə aparmağa məcbur qalacağıq”.

“Henaket”in rəhbəri onu da vurğulayıb ki, Türkiyə və Azərbaycanın media nümayəndələri, eyni zamanda, dünya ictimaiyyətinə cəbhə xəttindən qaynar xəbərlər çatdırmağa çalışacaq:

“Azərbaycan və Türkiyənin vahid media platforması dünya ictimaiyyətinin şüuraltına təsir etməyə çalışacaq. Bu isə “erməni həqiqətlərini” arxa plana ata bilər. Yəni, ola bilər ki, Türkiyə ordusu ilə yanaşı, Türkiyə mediası da səfərbər olsun. Bu isə hibrid müharibə deməkdir. Ona görə də öz səylərimizi gücləndirməliyik”.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb və görüşdə ortaq media platformasının yaradılması üçün razılıq əldə olunub.

Tarix
2020.09.11 / 00:19
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla