Yuxarı

Əliyev BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasında ümumi müzakirələrdəki çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci, yubiley sessiyası başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək.

Ənənəvi Yüksək Səviyyəli Həftənin formatı bu dəfə dəyişdiriləcək: ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.

Ənənəvi olaraq debatları Braziliya açır, ardından BMT qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər.

Azərbaycan Prezidentinin çıxışı isə sentyabrın 24-də yayımlanacaq.

Tarix
2020.09.16 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla