Yuxarı

İcma sədri ermənilərə xəbərdarlıq etdi: Açıq mesaj...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcma sədri ermənilərə xəbərdarlıq etdi: Açıq mesaj...

Xankəndi Qarabağın göz bəbəyi kimi şəhərdir. Mən Xankəndi sakinləri adından buradan düşmənlərimizə mesaj göndərirəm ki, biz Xankəndində törədilmiş qırğın və talanları yaddan çıxarmamışıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında 1988-ci ilin sentyabrın 18-də Xankəndi şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında icma sədri Tural Gəncəliyev deyib.

“Biz o torpaqları şanlı ordumuzun köməkliyi ilə lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Düşmənlər bizim istəyimizin qarşısında dura bilməyəcəklər. Torpaqlarımızın işğal altında olması müvəqqətidir. Düşmənlərimiz bizim əzmimizi bilirlər və çox narahatlıq keçirirlər. Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terroçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilərin işğal edilmiş torpaqlarımızda olması müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları tab gətirə bilməyəcəklər. Öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Biz Xankəndi və Qarabağ övladları olaraq artıq öz torpaqlarımıza geri dönmək əzmindəyik. Haqq-ədalət və beynəlxaq hüquq da bizim tərəfimizdədir”, - T.Gəncəliyev bildirib.

Tarix
2020.09.18 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla